Şəhriyardan “Qarabağ”ın oyununa şərh: “Başqasının ümidinə qalmaqdansa, ...” - Foto

12:45 - 8 Noyabr 2019 - Xəbər

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində APOEL-ə uduzaraq növbəti mərhələ şanslarını azaltmasına beynəlxalq qrossmeysterimiz Şəhriyar Məmmədyarov da şərh bildirib. 

O, tanınmış aparıcı Sənan Şəfizadənin paylaşımına şərh yazaraq Ağdam klubunun şanslarını bitirdiyini deyib:
“Sənan, özün də bilirsən ki, əsl idmançı gərək özü-özünü xilas etsin. Başqasının ümidinə qalmaqdansa, 1 saat kitab oxumaq daha faydalıdır. İdmandır, hər şey olur, amma gərək anlayaq ki, hər şey bitdi”./qafqazinfo


Xəbər xətti