Bakıda avtomobil 2 azyaşlı qardaşı vurub

21:20 - 7 Noyabr 2019 - HADİSƏ

Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 azyaşlı xəsarət alıb.

Qəza Xətai rayonunda qeydə alınıb. Belə ki, minik avtomobili 2013-cü il təvəllüdlü Əsədzadə Əsəd Şükran oğlu və 2015-ci il təvəllüdlü Əsədzadə Hüseyn Şükran oğlunu vurub.

Hər iki qardaş xəstəxanaya yerləşdirilib. Onlara qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti