“Toyota” əlil məktəblini “zebra”da vurdu: qız havada bir neçə dəfə fırlanıb - VİDEO

06:02 - 8 Noyabr 2019 - HADİSƏ

Rusiyanın Altay bölgəsində sürücü avtomobillə məktəbli qızı piyada keçidində vurub. Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün saat 15.00 radələrində Biysk şəhərində qeydə alınıb.

Bildirilir ki, 1957-ci il təvəllüdlü sürücü idarəetməsində olan “Toyota Corolla” markalı avtomobillə, tənzimlənən piyada keçidindən, piyada üçün işıqforun qadağanedici siqnalına məhəl qoymayaraq keçən 2008-ci il doğumlu məktəbli qızı vurub. Zərbənin gücündən yeniyetmə qız havada bir neçə dəfə fırlanaraq asfalta çırpılıb. Bundan sonra 11 yaşlı qız özü sərbəst şəkildə ayağa qalxaraq yol kənarına çıxıb. Hadisəni görən vətəndaşlar tez qızın köməyinə gəliblər. Nəticədə o, bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qıza kömək edən şahidlərin sözlərinə görə, onun görmə problemi olub.

Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti