Benzema Messinin rekordunu təkrarladı

19:26 - 7 Noyabr 2019 - İDMAN

"Real"ın futbolçusu Kərim Benzema "Barselona"nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, son olaraq "Qalatasaray"la matçda dubl edən 31 yaşlı oyunçu Çempionlar Liqasında ardıcıl 15-ci mövsüm qol vurub. Beləliklə, o, L.Messidən sonra bunu bacaran ikinci futbolçu olub.

Qeyd edək ki, ÇL-də ən çox qolu Kriştiano Ronaldo (128  qol) vurub. Bu göstəricidə ikinci yerdə isə 113 qolla Lionel Messidir.

Xəbər xətti