İran uranın zənginləşdirilməsinə başlayıb

08:37 - 7 Noyabr 2019 - DÜNYA

İran Fordodakı obyektdə uranın zənginləşdirilməsinə başlayıb. APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Atom Enerjisi Təşkilatı açıqlama yayıb. “Fordda uranın zənginləşdirilməsi və istehsalı yenidən başladı”, - deyə təşkilatın açıqlamasında bildirilir. Bundan başqa, açıqlamada “bütün addımların MAQATE-nin nəzarəti altında atıldığı” da qeyd edilir.

Xəbər xətti