ABŞ İranın Baş Qərargahına qarşı sanksiya tətbiq edib

Vaşinqton İran Silahlı Qüvvələrinin Baş Qərargahını, habelə İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Mujtaba Xamenei və yüksək səviyyəli digər İran nümayəndələrinin də daxil olduğu ölkənin doqquz vətəndaşını qara siyahıya salmaqla Tehrana qarşı sanksiya siyahısını genişləndirib.

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında yayılıb. Xüsusilə siyahıda İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Bağeri, eləcə də bir sıra generallar, ruhanilər və rəsmilər yer alıb./Apa

Tarix
4 Noyabr 2019 [22:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-04 22:53:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin