Məşhur aktrisanın evi yandı

Türkiyəli aktrisa Hazal Kayanın evi yanıb.

Aktyor və rejissor Ali Atayla evli olan aktrisa yanğın olan zaman evdə tək olub.
Həyat yoldaşı çəkilişlərdə olan Hazal çətin anlar yaşayıb. Səkkiz aylıq hamilə olan aktrisanın və uşağın vəziyyətinin yaxşı olduğu bildirilib.
Yanğından sonra Hazal anasının evinə köçüb.
Hələlik hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı məlumat verilməyib.
Bir müddət öncə aktrisa ilk dəfə evini nümayiş etdirmişdi.

Qeyd edək ki, Hazal Kaya və Ali Atay cütlüyü beş illik münasibətdən sonra bu ilin fevralın 7-də ailə həyatı qurub./oxu.az

 

Tarix
4 Noyabr 2019 [17:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-04 17:27:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin