Şamaxıdakı qəzalı məktəb söküləcək

20:57 - 2 Noyabr 2019 - ÖLKƏ İÇİ

Şamaxıdakı 2 saylı tam ortab məktəbin qəzalı vəziyyətdə olan binasının yaxın günlərdə sökülməsi planlaşdırılır.

Layihə-simeta sənədləri hazırlandıqdan sonra söküntü-tikinti işlərinə başlanılacağı bildirilir. Bununla əlaqədar 2 saylı tam orta məktəbinin şagirdləri növbəti dərs günlərində təhsillərini qonşu məktəbin binasında davam etdirəcəklər. Uşaqların sayının çox olması səbəbindən yeni məktəb tikilənə qədər dərslər iki növbəli keçrilcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin Şamaxıdakı qəzalı məktəbin vəziyyəti ilə bağlı açıqlamasından sonra müvafiq qurumlar hərəkətə keçib. Bu gün Baş Nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, Təhsil naziri Ceyhun Bayramov, Maliyyə naziri Samir Şərifov və Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev hadisə yerində olublar.

Qeyd edək ki, Şamaxı şəhər 2 saylı tam ortab məktəb binası üç mərtəbədən, iki korpusdan, 94 sinif otağından ibarətdi. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi 2005-ci ildə tikilib.1000-dən məktəblinin təhsil aldığı elm ocağında siniflərin, tavan, döşəmə və divarları qəzalı vəziyyətə düşüb. /qafqazinfo

Xəbər xətti