Bakıda toyda DAVA: 3 nəfər bıçaqlanıb

00:01 - 2 Noyabr 2019 - HADİSƏ

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Binə qəsəbəsində yerləşən "Bənövşə" şadlıq sarayında keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə zamanı 3 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu və 1976-cı il təvəllüdlü Əliyev Dilavər Ənvər oğlu bıçaqlanıblar.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır./report

Xəbər xətti