Bakı-Quba yolunda ağır qəza: 2 maşın toqquşub, 4 nəfər ölüb - FOTO

23:56 - 1 Noyabr 2019 - HADİSƏ

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Hadisə magistral yolun 75-ci km-də qeydə alınıb.  "Mercedes" markalı maşınla "Lada Kalina" markalı nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb.

Yaralılar - Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir./Apa


Xəbər xətti