Hikmət Hacıyev:"Qondarma erməni soyqırımı haqqında qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik"

ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik.

Bunu Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib ki, bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib:

"Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır".

Ermənistan və erməni lobbi dairələri qondarma erməni soyqırımını siyasi möhtəkirlik obyektinə çevirmişlər. Onlar bu məqsədlə ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Ona görə də Ermənistan həmin dövrün hadisələrinin Birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etmir.

Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.

Tarix
30 Oktyabr 2019 [15:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-30 15:37:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin