Gəncədə yük maşını qəza törədib - FOTO

08:28 - 30 Oktyabr 2019 - HADİSƏ

Gəncədə yol qəzası baş verib.

Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. "Shacman" markalı yük maşını idarəetmədən çıxaraq yolötürücü dairəyə çırpılıb. İlkin ehtimala görə, sürücü sükan arxasında yuxulayıb.

Qəzanın səbəbləri dəqiqləşdirilir./Apa


Xəbər xətti