Ağdaşda avtomobil hasara çırpılıb, 4 nəfər ağır xəsarət alıb

Ağdaş rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı minik avtomobilinin yoldan çıxaraq hasara çırpılması nəticəsində Tərtər rayon sakinləri, 1968-ci il təvəllüdlü Yusifov Etibar Qədir oğlu, 1972-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu, Kəlbəcər sakini, 1971-ci il təvəllüdlü Şahbazov Şəmsəddin Hüseyn oğlu, Bərdə sakini, 1967-ci il təvəllüdlü Abışov Muxtar Qaçay oğlu ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. /Apa
Tarix
29 Oktyabr 2019 [21:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-29 21:47:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin