Bu il evlənən və boşananların sayı açıqlandı

21:00 - 29 Oktyabr 2019 - Cəmiyyət

2019-cu ildə nikaha daxil olan və boşananların sayı açıqlanıb.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, 2019-cu ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 42 163 nikaha daxilolma, 11 317 boşanma halları qeydə alınıb.

Qeydə alınan nikahlardan 857-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 686-sı isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.

Xəbər xətti