Polisin “Saxla” əmrinə tabe olmayan “traktor” atəş nəticəsində dayandırıldı – ANBAAN GÖRÜNTÜ

Rusiyanın Novosibirsk əyalətində Yol Polis Xidmətinin əməkdaşları (YPX) təqib etdikləri traktor sürücüsünü silahdan istifadə edərək dayandıra biliblər. 

İnsident oktyabrın 27-də Çebaklı kəndi ərazisində qeydə alınıb.

Polisin məlumatına görə, YPX əməkdaşları traktor sürücüsündən nəqliyyat vasitəsini saxlamağı tələb ediblər. Lakin o, tələbə məhəl qoymayaraq hərəkətə davam edib.

Bildirilir ki, YPX əməkdaşları bundan sonra təqibə başlayıblar. Səs gücləndirici qurğunun köməkliyi ilə sürücüdən dayanmasını tələb ediblər. Ancaq o, yüksək sürətlə əks istiqamətə çıxaraq hərəkətə davam edib. Bununla yanaşı qayda pozucu, özündən başqa digər hərəkət iştirakçılarının da həyatı üçün təhlükə yaradıb. Bütün bunları nəzərə alan polislər xidməti  silahdan istifadə etmək qərarına gəliblər.

Asayiş qoruyucuları traktorun təkərinə atəş açaraq nəqliyyat vasitəsini dayandırmağa müvəffəq olublar. Sürücü saxlanılaraq polis bölməsinə gətirilib.

Məlum olub ki, o, traktoru sərxoş vəziyyətdə idarə edib. 29 yaşlı qanun pozucusuna inzibati qaydada protokol tərtib edilib. Ayrıca, yaxalanan sürücü polis əməkdaşının qanuni tələbinə tabe olmadığına görə məsuliyyətə cəlb olunacaq.

 

Namiq Musayev

 

 

Tarix
29 Oktyabr 2019 [13:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-29 13:26:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin