Qırmızıdan keçən "Opel" qəza törədib aşdı - VİDEO

Nəticədə sürücü ağır xəsarət alıb

Bakıda baş vermiş dəhşətli qəza kameralara düşüb. Hadisə paytaxtın Qara Qarayev prospektində baş verib. "Opel" markalı avtomobilin sürücüsü svetoforun qadağanedici işığında yolayrıcına daxil olur. Bu zaman sağdan gələn avtomobilin önünə çıxır. Toqquşma nəticəsində "Opel" çevrilir və bir neçə metr kənarda aşır. Qəza nəticəsində "Opel"in sürücüsü ağır yaralanır. Digər avtomobilə ciddi ziyan dəyir.

Qeyd edək ki, hadisə zamanı "Mercedes" markalı avtomobil də eyni şəkildə qaydanı pozur. Amma qəzadan sonra dayanır və son anda toqquşmadan xilas olur. 

Xatırladaq ki, bu cür qəzalar tez-tez baş verir. Səbəb isə sürücülərin son anda yolayrıcını keçməyə cəhd etməsi olur. Videonu təqdim edirik:

Tarix
29 Oktyabr 2019 [11:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-29 11:32:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin