Universitetdən oğurluq edən tələbələr saxlanılıblar - Foto

Gəncə şəhərində oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Məlumata görə, oktyabrın 23-nə keçən gecə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin “Süni mayalanma” tədris mərkəzində oğurluq hadisəsinin baş verməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub.

Nizami RPİ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalar zamanı məlum olub ki, mərkəzdən 15 ədəd dizüstü kompyüter və bir ədəd “WiFi” cihazı oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin universitetin tələbələri X. Əhmədov, İ.Məmmədov və Y. Nəcəfov saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./report

Tarix
29 Oktyabr 2019 [10:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-29 10:34:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin