Samuxda qaz olmayacaq

10:46 - 28 Oktyabr 2019 - ÖLKƏ İÇİ

Oktyabrın 28-də səhər saat 10:00-dan təmir işləri başa çatanadək Samux rayonunun 2 yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, bu zaman Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.

Xəbər xətti