İki yeni yaşayış massivinə qaz verildi- Foto

Azərbaycanda iki yeni yaşayış massivinə qaz verilib

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, Lənkəran rayonunun Liman şəhərindəki yeni yaşayış massivinə qaz verilib. Burda 52 abonent mavi yanacaqdan istifadə imkanı qazanıb. Bundan başqa, Cəlilabad rayonunun Səttərxan küçəsindəki yeni massivdə də 131 abonent qazla təmin olunub.

Qeyd edək ki, Dövlət Proqramı əsasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Bunlardan 46-na təbii qaz verilib, 5-də hal-hazırda işlər davam etdirilir, qalan məntəqə və massivlərdə qazlaşma işləri yekunlaşaraq yaxın zamanlarda təbii qazın verilməsi təmin olunacaq.

Tarix
26 Oktyabr 2019 [13:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-26 13:27:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin