Həbsxanaya həşiş keçirən pişik saxlanıldı - VİDEO

22:38 - 25 Oktyabr 2019 - MARAQLI

Tatarıstanda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirən pişik saxlanılıb. Ucnoqta.az xəbər verir ki, baş verən anın görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda, müəssisənin ərazisində bir pişiyin qaçaraq məhkumların olduğu istiqamətə doğru getdiyi görülür. Pişiyin qaçdığını görən nəzarətçilər onun arxasınca qaçırlar. Nəhayət bir müddətdən sonra pişiyi yaxalamağa müvəffəq olurlar.

Bildirilir ki, bu zaman əməkdaşlar pişiyin boynuna bağlanmış həşiş bağlamasını aşkarlayıblar.

Onlar pişiyi və bağlamanı polis bölməsinə təhvil veriblər.

 

Namiq Musayev

 

 

Xəbər xətti