Bakıda intihara cəhd olub

13:23 - 23 Oktyabr 2019 - HADİSƏ

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər ikimərtəbəli evin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,  Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər xətti