“Whatsapp”dan yeni funksiya

11:09 - 23 Oktyabr 2019 - Xəbər

“Whatsapp” təkmilləşdiriciləri istifadəçini qrup söhbətlərinə (çatlarına) əlavə edə biləcək şəxslərin siyahısını məhdudlaşdırmağa imkan verəcək yeni funskiyanı test etməyə başlayıb.

Bu barədə “WABetaInfo” portalı xəbər verib. Yenilik artıq iOS-ların 2.19.110.20, Andorid-lərin isə 2.19.298 beta-versiyalarında tətbiq edilib. Bundan sonra istifadiçilərin onu müzakirələrə dəvət edə biləcək şəxsləri seçmək imkanı olacaq. Bundan əlavə, bəzi şəxsləri “qara siyahı”ya salmaq olar.

Funksiyadan istifadə etmək üçün mesencerin müvafiq quraşdırmalarını tənzimləmək lazımdır (“İstifadəçi hesabı” – “Təhlükəsizlik” – “Qruplar)./qafqazinfo

Xəbər xətti