Bu gün AMEA-ya yeni prezident seçiləcək

09:33 - 23 Oktyabr 2019 - Xəbər

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçiləcək.

AMEA-dan bildirilib ki, günün ikinci yarısında akademiyanın Ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda AMEA-ya yeni prezident seçiləcək.

Qeyd edək ki, AMEA-nın hazırkı prezidenti, akademik Akif Əlizadənin 85 yaşı var. O, 2013-cü ildən bu vəzifəni tutur./report

Xəbər xətti