Birinin başını üzdülər, digərini manqalda yandırdılar – FOTO + VİDEO (+18)

14:34 - 22 Oktyabr 2019 - HADİSƏ

Türkiyənin Bursa vilayətində pişik balasının başını bədənindən ayıraraq küçəyə atıblar. Ucnoqta.az xəbər verir ki, insident bu gün İnegöl rayonunda qeydə alınıb.

Məlumata görə, bu səhər işə gedərək Əhməd Ağyollu küçəsindən keçən Sevinc Qaçar, səkidə bədənindən ayrılmış bala pişiyin başını görüb və polisə bildirib.

Çağırılan ünvana gələn polis əməkdaşları əraziyə baxış keçirəndən sonra hadisə ilə bağlı araşdırmalara başlayıblar.

Bildirilir ki, rayonda bir neçə gün əvvəl piknik keçirilən ərazidə şəxsiyyətləri naməlum şəxslər bala pişiyi manqala qoyaraq yandırmışdılar.

 

Namiq Musayev

 

 

Xəbər xətti