Bakıda 58 yaşlı kişi itkin düşüb

07:39 - 22 Oktyabr 2019 - HADİSƏ

Bakıda 58 yaşlı kişi itkin düşüb.

Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Xətai rayonu, K.Kərmov küçəsi, ev 172, mənzil 34a-da yaşayan, 1961-ci il təvəllüdlü Muradov Bəxtiyar Əli oğlu oktyabrın 18-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

B.Muradovun qızı Xəyalə Muradova polisə müraciət edərək bildirib ki, atasının yaddaş pozuntusu var.
Faktla bağlı araşdırmalara başlanılıb./trend

Xəbər xətti