Doğum evinin 7 tibb bacısı eyni vaxtda hamilə oldular
08:00 - 22 Oktyabr 2019 - Xəbər
Barselonada (İspanya) doğum evində eyni zamanda 7 tibb bacısı uşağa qaldı.
“Lenta.ru” xəbər verir ki, qadınlardan ən yaşlısının 47, ən cavanınısa 31 yaşı var.
Tibb bacılarının yeddisidə xəstəxananın eyni bölümündə, təzəcə doğulmuş uşaqların müalicəsi şöbəsində işləyirlər.
“Hərdən çətin olur. Biz 24, 25 həftəsində doğulmuş uşaqları müalicə edirik. Və onlar bətnində daşadığın uşaqdan da kiçikdirlər. Bu zaman onun anasına dəstək vermək lazım gəlir”, - tibb bacılarından biri bunları deyib. /oxu.az