Tramp Türkiyəni sanksiyalarla hədələyib

07:14 - 22 Oktyabr 2019 - DÜNYA

ABŞ prezidenti Donald Tramp “qəbuledilməz davranış” göstərəcəyi təqdirdə Türkiyəni əlavə rüsumlarla və sanksiyalarla hədələyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, amerikalı lider bu barədə Ağ Evdəki kabinetində iclas zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Əgər Türkiyə hökuməti lüzumsuz hərəkətlərə yol verərsə, düşünmürəm ki, bunlar baş verəcək, ancaq bizim heç kəsin bilmədiyi gücümüz var – bunlar sanksiyalar, rüsumlardır. O zaman biz sanksiyalar, rüsumlar tətbiq edəcəyik”, - deyə Tramp vurğulayıb.

Xəbər xətti