Sabah bu ərazilərdə qaz olmayacaq

20:17 - 21 Oktyabr 2019 - Xəbər

Sumqayıt və Gəncədə təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, oktyabrın 22-də saat 09:00-dan aşkarlanan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar Sumqayıt şəhərinin bir hissəsində və H.Z.Tağıyev qəsəbəsində qaz verilişində fasilələr olacaq.

Saat 09:00-dan 18:00-dək eyni səbəbdən Gəncə şəhərində də bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Xəbər xətti