Azərbaycanlı aktrisa elə klip çəkdirdi ki... - VİDEO

12:44 - 21 Oktyabr 2019 - MAQAZİN

Aktrisa-müğənni Çimnaz Sultanova yeni “Olmaz-olmaz” adlı mahnısına çəkilən klipini təqdim edib.

Mahnının söz və musiqisi Miro İsgəndərova, aranjimanı isə Müşviq Ağayeva məxsusdur. Ekran işinin rejissorluğunu Nail Naiboğlu edib. Çəkilişləri yay ayında baş tutan klip, Astarada lentə alınıb. Bu müğənni və rejissorun sayca birgə olan ikinci işləridir.

Yeni klipində cəlbedici obrazlar yaradan aktrisa açıqlamasında bildirib ki, ekran işində təbiətin dörd ünsürünü: od, su, torpaq və yeli bir qadında təcəssüm etdirməyə çalışıb:
"Qadının gözəlliyi - möhtəşəm bir qüdrətdir, gülümsəmək isə onun qılıncıdır. Qadın gözəlliyi təbiətin harmoniyasını tamamlayan, zəif və eyni zamanda qüvvətli, gözəlliyi ilə ruhuna dinclik və rahatlıq gətirən mələkdir. O mələkdir, hansı ki, biz uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir... Qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyyə edicisidir. Analıq isə qadının gözəlliyini tamamlayır. Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar görünə bilməz".

Qeyd edək ki, klip sənətçini rəsmi “Youtube” kanalına yerləşdirilib. /publika.az

Xəbər xətti