Ermənistanda “Suzuki” 200 metrlik hündürlükdən dərəyə yuvarlandı: 3 ölü, 1 yaralı - FOTO

Ermənistanın Şirak əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, insident bu gün gecə saatlarında Yerevan-Gümri-Bavra magistralının 186-cı kilometrliyində, Pokaşen kəndi inzibati ərazisində qeydə alınıb.

Məlumata görə, Gümri istiqamətində hərəkətdə olan 36 NS 002 qeydiyyat nömrə nişanlı “Suzuki” markalı minik avtomobili, sürücünün sükan idarəetməsini itirməsi səbəbindən yoldan çıxıb və təxmini 200 metrlik hündürlükdən dərəyə yuvarlanıb.

Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Bildirilir ki, dəmir-beton sədlərinin, xüsusi işıqforların və yol nişanlarının olmadığı bu ərazidə yol nəqliyyat-hadisələri tez-tez baş verir.

 

Namiq Musayev

Tarix
21 Oktyabr 2019 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-21 11:51:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin