Bakıda “Mercedes”lə “Kia” markalı avtomobillər toqquşub

09:12 - 21 Oktyabr 2019 - HADİSƏ

Bakının Nərimanov rayonunda “Mercedes”lə “Kia” markalı minik avtomobilləri toqquşub.  Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti