Şəkidə oğul anasını bıçaqlayıb

18:55 - 19 Oktyabr 2019 - HADİSƏ

Şəkidə 44 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb.

Bu gün günorta saatlarında Şəki şəhəri, M. F. Axundov küçəsində yaşayan 1975-ci il təvəllüdlü Pərvanə Rəcəb qızı Nəcəfzadə sol qoltuqaltı nahiyənin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlum olub ki, P. Nəcəfzadə yaşadığı ünvanda ailə münaqişəsi zəminində oğlu tərəfindən bıçaqlanıb. P. Nəcəfzadənin oğlunun əsəb pozuntusundan əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. /Apa

Xəbər xətti