Ucadan gələn musiqi səsinə görə çəkic-balta ilə məktəbə girdi - VİDEO

Dağıstanda çəkic-balta ilə silahlanmış şəxsin məktəbin dəhlizində gəzişmə görüntüləri sosial şəbəkədə yayımlanıb. Ucnoqta.az xəbər verir ki, insident oktyabrın 16-da Ulluaya kənd məktəbində keçirilən “Sağlamlıq Günü” tədbiri zaman qeydə alınıb.

Kadrlarda, əlində balta olan şəxsin məktəbin içərisinə daxil olduğu və nəyisə axtardığı görülür.

Məktəb rəhbərliyi videonu izlədikdən sonra görüntüləri polisə təqdim edib.

Bundan sonra asayiş keşikçiləri tərəfindən saxlanılan şəxs polis əməkdaşlarına, məktəbdən ucadan gələn musiqi səsinin onun övladının yatmasına mane olduğunu və o səsin bir az aşağı salınması üçün ora getdiyini bildirib.

Çəkic-baltanı isə o, həyətyanı ərazidə iş gördüyü üçün əlində olduğunu söyləyib.

İzahatı alınan şəxs sonradan sərbəst buraxılıb.

 

Namiq Musayev

 

Tarix
18 Oktyabr 2019 [14:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-18 14:25:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin