Bakıda dəhşətli qəza: Yolda xarab olan “Qazel”ə cip çırpıldı - ANBAAN VİDEO

11:24 - 18 Oktyabr 2019 - HADİSƏ

Bakıda baş verən qəza anı kameralara düşüb. 

“Qazel” markalı yük maşını yolun ortasında texniki səbəbdən dayanıb. Bu zaman sürətlə hərəkətdə olan avtomobillər onunla toqquşmamaq üçün sağ-sola hərəkət ediblər. 

Lakin sürücülərdən biri öz zolağı ilə hərəkəti davam etdirib və yüksək sürətlə arxadan “Qazel”ə çırpılıb. Nəticədə, avtomobillərə ciddi ziyan dəyib. Sürücü isə yüngül bədən xəsarətləri alıb.

Videonu təqdim edirik:

Xəbər xətti