Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü

19:32 - 17 Oktyabr 2019 - Xəbər

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Bu barədə Trend-ə özəl olaraq Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil bildirib ki, o və müvəkkili bu gün keçirilən məhkəmə prosesinə getməsə də, məhkəməyə rəsmi müraciət göndərib: "Müraciət etmişdik ki, prosesə qatıla bilmirik və xahiş etmişdik ki, prosesə bizim iştirakımız olmadan baxılsın və iddia təmin olunsun. Deyəsən qarşı tərəf də prosesə gəlmədiyi üçün məhkəmə prosesi oktyabrın 24-nə keçirilib".

Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə nikahının pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib.

 

Xəbər xətti