"Mançester Yunayted" 6 futbolçu transfer etmək istəyir

İngiltərə "Mançester Yunayted"i növbəti iki transfer pəncərəsi planları barədə qərar verib.

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" iki hücumçu, eyni sayda mərkəz yarımmüdafiəçisi, eyni zamanda mərkəz və sol cinah müdafiəçisi ilə birlikdə 6 oyunçu almaq istəyir.

Hücumçu ampluasına İtaliya "Yuventus"undan Mario Mancukiç və Fransa "Lion"undan Mussa Dembele, yarımmüdafiəçi mövqeyinə isə İspaniya "Atletiko"sundan Saul Nyiges və "Lester"dən Ceyms Meddison əsas namizəddir. Müdafiə möqveyindəki oyunçuların kimliyi isə açıqlanmayıb. Bildirilir ki, bu transferlər həm qış, həm də yay transfer pəncərəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada 9 xalla 12-ci pillədə qərarlaşıb. 

Tarix
17 Oktyabr 2019 [17:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-17 17:24:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin