Marko Rossi: "Xoşbəxtlikdən Azərbaycanın qolu sayılmadı"

22:57 - 13 Oktyabr 2019 - Xəbər

"Yetmiş beş dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən, qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi".

Bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi evdə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə qrup matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis hamının Azərbaycan millisinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb: "Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar".

Rossi Xorvatiya ilə oyuna görə tənqid olunmalarına da diqqət çəkib: "Həmin görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik"./report

Xəbər xətti