Millimiz Macarıstana məğlub oldu

21:54 - 13 Oktyabr 2019 - İDMAN

Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Milli komandamız səfərdə Macarıstanla qarşılaşır. Bakıda bu rəqibinə 1:3 hesabı ilə uduzan yığmamız səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. Macarlar üçün də Avropa çempionatının final mərhələsinə vəsiqə şansını saxlamaq üçün bu görüşdə qələbə vacibdir.

E qrupunun digər oyununda Uels Xorvatiyanı qəbul edəcək.

13 oktyabr
Avro-2020-nin seçmə mərhələsi
E qrupu


20:00. Macarıstan – Azərbaycan - 1:0

Qol: M.Korhut, 10
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).
Budapeşt. “Qrupama Arena” stadionu.
/qol.az

Xəbər xətti