Bakıda 15 yaşlı qız kafedən itkin düşdü

11:06 - 13 Oktyabr 2019 - HADİSƏ

Bakıda azyaşlı qız itkin düşüb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.

15 yaşlı qız həmin gün günorta saatlarında kafedən çıxaraq itkin düşüb.
Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti