Bakıda qadını hədələyib pul tələb edən şəxs saxlanılıb

13:45 - 12 Oktyabr 2019 - HADİSƏ

Bakı şəhər sakini olan qadını hədələyib 1000 manat pul tələb etməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan qadını hədələyib 1000 manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini E.Quliyev saxlanılıb./report

 

Xəbər xətti