İşləmək adı ilə evdən çıxdı, geri dönmədi

11:59 - 12 Oktyabr 2019 - HADİSƏ

Daşkəsən rayonunda işləmək adı ilə evdən çıxan 45 yaşlı kişi itkin düşüb.

Rayonun Tapan kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Rövşən İlyas oğlu bir həftə əvvəl evdən işləmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə Daşkəsən RPŞ-yə onun həyat yoldaşı Südabə Abbasova ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti