İranda son 40 ildə bir ilk: 3500 qadın futbol izlədi     
                    
                     
                    
                        
                                         
             
            08:11  -  11 Oktyabr   2019 -  DÜNYA
                    
                    
                                                                  
                                                  
                            
                            2022-ci il Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində İran və Kamboca arasındakı Tehranda keçirilən futbol oyununda 3500-ə yaxın qadın iştirak edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, qarşılaşma Tehranın Azadi Stadionunda keçirilən görüşdə son 40 ildə ilk olaraq oyunu 3500 qadın izləyib.
Qeyd edək ki, görüş İran komandası üçün böyük hesablı qələbə ilə başa çatıb - 14: 0. 
Sankt-Peterburqun "Zenit" kulubunun oyunçusu Serdar Azmun görüşdə üç qol vurub. 
Təsnifat mərhələsinin C qrupunda İran komandası iki oyunun nəticəsinə görə altı xal qazanaraq birinci yerdə qərarlaşıb.
Xatırladaq ki, İranda 1979-cu il İslam İnqilabından sonra qadınlara kişilərin idman yarışlarına qatılması qadağan edilmişdi.