Nərmin Şahmarzadənin statusunda təhqir və böhtan var - Məhkəmə rəyi

14:07 - 10 Oktyabr 2019 - Xəbər

Bu gün Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib. 

Bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib. O bildirib ki, N.Şahmarzadə prosesə gəlmədiyi üçün məhkəmə oktyabrın 21-dək təxirə salınıb:

“Mən onun məcburi gətirilməsi barədə vəsatət verdim. Əgər növbəti dəfə də məhkəməyə gəlməsə, o zaman polislə məcburi şəkildə gətiriləcək”.  Vəkil deyib ki, N.Şahmarzadə barəsində təyin edilən linqvistik ekspertizanın rəyi də məlum olub:

“Orada qeyd edilib ki, Nərminin statusunda təhqir və böhtan var. Yəni ekspertiza da bizim şikayətimizi təsdiqləyib”.

Xəbər xətti