"Azəriqaz" abonentlərinin sayı artıb

2019-cu ilin oktyabr ayının birinə olan məlumata görə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə yanvar-sentyabr ayları ərzində 65 min 124 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, bunun da 36 min 291-i Bakı, Abşeron və Sumqayıt, 28 min 833-ü isə regionların payına düşür. 2019-cu ilin təkcə sentyabr ayı ərzində əhali sektoru üzrə 5 705 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 672-sı Bakı, Abşeron və Sumqayıt, 2 033-ü isə regionların payına düşür. Beləliklə, 01 oktyabr 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 246 min 968-ə çatıb.

Bu rəqəmin 2 milyon 215 min 900-ü əhali, 31 min 068-i qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 865 min 782, regionlar üzrə isə 1 milyon 381 min 186 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılır.

Emin

Tarix
10 Oktyabr 2019 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-10 12:30:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin