Baş nazir Gürcüstan vətəndaşlarını Keşikçi dağla bağlı məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb

“Sabah David Qareci (Keşikçi dağ) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq”.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib. “Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, deyə hökumət başçısı vurğulayıb.

Baş nazir qeyd edib ki, Keşikçi dağ məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.
G.Qaxaria Gürcüstan vətəndaşlarını Keşikçi dağ məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: “Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”./report

Tarix
10 Oktyabr 2019 [10:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-10 10:41:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin