AQTA "quş qripi" ilə bağlı monitorinqlər keçirəcək

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssis və əməkdaşları tərəfindən ölkə ərazisini yüksək patogen "quş qripi"ndən qorumaq məqsədilə xəstəliyə qarşı 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində epizotoloji monitorinqlər keçiriləcək.

Agentlikdən verilən məlumata görə, monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadasında, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarında aparılacaq.

Monitorinq aparılan müddətdə sənaye əsaslı iri quşçuluq müəssisələrində, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşlarından diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub. /report

 

Tarix
10 Oktyabr 2019 [09:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-10 09:59:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin