Kukla teatrında ustad dərsləri

Abdulla  Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında növbəti ustad dərsləri başlanıb.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu dəfə teatrın truppasına daxil edilən gənc aktyorlara kukla oynatma sənəti, fərqli texnikalarla hazırlanmış kukla nümunələrini obraza çevirmənin incəlikləri öyrədiləcək. Bundan başqa, aktyorlara səs, ifadə, hərəkət üzrə təlimlər də keçiləcək.

Sistemli şəkildə davam edəcək dərsləri  tanınmış teatr  rejissoru və aktyoru, uzun illər (1987-1993) Dövlət Kukla Teatrının baş rejissoru olmuş Namiq Ağayev aparacaq.
Bu dərslərin təşkilində məqsəd incəsənət profilli ali və orta ixtisas təhsilli məktəblərimizdə kukla teatrı aktyorluğu, kuklaçılıq və ümumilikdə kukla sənətinin oyun və texniki tərəflərinin öyrədilməməsi baxımından yarana biləcək çatışmazlıqları aradan qaldırmaqdır. Dərslər müddətində rejissorun aktyorlarla oyun-tamaşa, praktiki materiallarla işləmə vərdişləri də təkmilləşdiriləcək.

Namiq Ağayev çoxillik sənət təcrübəsini bölüşməklə yanaşı aktyorlara kukla aktyoru və rejissoru kimi özünü ifadə sərbəstliyi, həmçinin obraza çevirdiyi kuklasının mexanizm olaraq mənimsəmək vərdişləri də aşılayacaq.

Onu da qeyd edək ki, teatrın təşkil etdiyi bu dərslərdə digər kukla teatrı aktyorları, həmçinin bu sahəyə maraq göstərən şəxslərin iştirakı sərbəstdir.

Tarix
9 Oktyabr 2019 [21:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-10-09 21:13:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin