Somalidə partlayış - Minaların təmizlənməsindən qayıdan əsgərlər həlak oldu

19:31 - 9 Oktyabr 2019 - DÜNYA

Somalinin paytaxtı Moqadişo yaxınlığında partlayış baş verib.

Hadisə nəticəsində dörd nəfər həlak olub. Daha beş nəfər isə xəsarət alıb.
Qeyd olunur ki, partlayışın qurbanları minaların təmizlənməsi üzrə əməliyyatlardan qayıdan əsgərlər olub.
Partlayışla bağlı məsuliyyəti “Əş-Şəbab” radikal qruplaşması üzərinə götürüb./trend

 

Xəbər xətti