"Əl-Qaidə" liderlərindən biri öldürülüb

07:58 - 9 Oktyabr 2019 - DÜNYA

"Əl-Qaidə" terror təşkilatının Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb.  APA “voiceamerica”ya istinadla xəbər verir ki, bu barədə Əfqanıstan kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Direktoriyası məlumat yayıb. Açıqlamada deyilir ki, ötən ay keçirilən NATO qüvvələrinin də qatıldığı birgə əməiyyat nəticəsində Asim Ömər Helmənd vilayətinin Musa Qala rayonunda öldürülüb. Əməliyyatın 23 sentyabr tarixində keçirildiyi güman edilir. Əsir götürülən şəxslər aqrasında bəzi Pakistan vətəndaşlarının da olduğu bildirilir. Qeyd edək ki, 1974-1976-cı illər arasında doğulduğu güman edilən Ömər əslən Hindistanın Uttar Pradeş regionundandır. 2016-cı ildə ABŞ Maliyyə Nazirliyi onu terror siyahısına əlavə edib.

Xəbər xətti