Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atıblar

23:47 - 8 Oktyabr 2019 - HADİSƏ

Nəsimi rayonunda bədbəxt hadisə baş verib. Hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. /Apa

Xəbər xətti